ll Vətən müharibəsinin şəhidi Səmədli Elşən Bayram oğlunun doğum günü.

    19.02.1993-cü ildə Şərur rayonunda anadan olan Elşən Səmədli 27 sentyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. 42 gün ərzində müharibənin bir çox döyüşlərində vuruşmuşdur. Vətən müharibəsi bitdikdən sonra Elşən Səmədli Qubadlıda xidmətini davam etdirmiş və 1 dekabr 2020-ci ildə xidmət zamanı minaya düşərək şəhid olmuşdur. 2 dekabr tarixində Suraxanıda torpağa tapşırılmışdır. 

    146 nömrəli tam orta məktəbin 2B sinif şagirdləri sinif rəhbəri Tahirə Nəbiyevanın iştiraki ilə ll Vətən müharibəsinin şəhidi Səmədli Elşən Bayram oğlunun doğum günündə məzarını, xatirə bulağı və kompleksini ziyarət edib, xatirəsini yad etdilər.

Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi