VIII-IX siniflərdə Monitorinq

07.02.2023-cü il tarixdə 146 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin göstərişinə müvafiq olaraq məktəbin 8-ci və 9-cu siniflərinin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə 5-8-ci siniflər səviyyəsində biliklərini ölçmək məqsədi ilə monitorinq keçirildi. Monitorinq sualları şagirdlərə 2 variantda təqdim edildi. Monitorinq 2,5 saat (150 dəqiqə) davam etdi. Aparılan monitorinqin məqsədi 9-cu sinif şagirdlərinin buraxılış fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərilməsinə nail olmaqdır.
Göstərilən dəstəyə görə BŞTİ-nin müvafiq sektorlarının rəhbərliyinə və zəhməti olan bütün əməkdaşlarına təşəkkür edirik.