"Əhməd Cavad"130 il

Xalqımızın istiqbal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il tarixli “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında" Sərəcamına əsasən 9.12.2022-ci il tarixdə 146 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə Beynəlxalq müsabiqələr laureatı tarzən Asim Primov və VIII " Muğam" Televiziya Müsabiqəsinin diplomantı Günel Allahverdiyeva çıxış etdi. Şairin şeirləri şagirdlərin ifasında söylənildi, məktəbimizin "Xarı Bülbül" xor dərnəyinin ifasında sözlərinə yazılmış mahnılar maraqla dinlənildi.