lll-lV sinif şagirdləri arasında qurd invaziyasi əleyhinə profilaktik söhbətlər

C.Rəhimov adına 146 nömrəli məktəbin lll-lV sinif şagirdləri arasında qurd invaziyasi əleyhinə profilaktik söhbətlər aparıldı. Məktəbin tibb bacıları Ə. Ülkər və H.Dostu şagirdlərə gigiyena qaydaları haqqında ətraflı məlumat verdilər. l-V siniflər arasında qurd müayinəsi aparıldı. Bu müayinə nəticəsində aşkarlanan parazitlərə görə fərdi müalicə növləri sahə həkimləri tərəfindən tətbiq olunur.