Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunanfənn olimpiadaları və fənn müsabiqələri

23.11.2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan aşağı yaş qrupu şagirdlər üçün fənn olimpiadaları və fənn müsabiqələrinə hazırlıq qruplarının seçim imtahanının 1-ci mərhələsi keçirildi. Qeyd edək ki, imtahan 2 mərhələdən ibarət olacaq.
İmtahan BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinin 6 və 7-ci sinif şagirdlərini əhatə edir. İmtahanın 1-ci mərhələsini uğurla keçən şagirdlər 2-ci mərhələdə iştirak hüququ əldə edəcək. İmtahanın 2-ci mərhələsi BŞTİ tərəfindən müxtəlif mərkəzlərdə keçiriləcək.Şagirdlərimizə uğurlar arzu edirik.