ZƏFƏR GÜNÜ

44 günlük Vətən müharibəsi, xeyirin şər üzərində qələbəsi, tarixi ədalətin şanlı təntənəsi, Qələbə və “Zəfər günü" bayramı!

4.11.2022-ci il tarixdə C..Rəhimov adına 146 nömrəli tam orta məktəbdə "Tarixi Zəfərin təntənəsi" adlı tədbir keçirildi. Tədbirdə Suraxanı rayonu icra başçısının müavini Könül xanım Axundova məktəbimizin adını daşıdığı Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə xanım, Vətən müharibəsi şəhidi, məktəbimizin məzunu Orxan Hüseynovun anası Xalidə xanım və digər şəhid anaları, Vətən Müharibəsi qaziləri iştirak edirdi. Vətənin bütövlüyü uğrunda candan əziz övladlarını şəhid verən analar şagirdlərin ifasında nümayiş olunan ədəbi-bədii kompozisiyanı izləyib şəhidlərimizin xatirə stendlərinə baxdılar. Məktəbimizin direktor əvəzi Tacəddin Allahyarlı kollektivimiz adından şəhid analarımıza və digər qonaqlarımıza təşəkkür etdi. Xalq olaraq bütün şəhidlərimizə borcumuz əbədidir. Allah şəhidlərimizə rəhmət elesin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi