VIII,IX, X, XI sinif şagirdləri arasında fənn olimpiadalarının məktəb turu.

29.10.2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində olduğu kimi məktəbimizdə də VIII,IX, X, XI sinif şagirdləri arasında fənn olimpiadalarının (Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat, Kimya, Biologiya, Fizika, Coğrafiya, Tarix, İnformatika) məktəb turu keçirildi. Məktəbin direktor əvəzi T.Allahyarlı, təlim-tərbiyə işləri üzrə direktor müavini R.Islamovanın nəzarəti ilə keçirilən məktəb turunda uğur qazanan şagirdlər şəhər turunda iştirak edəcəklər.
Şagirdlərimizə uğurlar arzu edirik.