Vətən Müharibəsi şəhidi, məktəbimizin məzunu Orxan Hüseynovun şəhadətinin 2-ci il dönümü.

    Bu gün Vətən Müharibəsi şəhidi, məktəbimizin məzunu Orxan Hüseynovun şəhadətinin 2-ci il dönümüdür. Baş leytenant O.Hüseynov Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Vətənə xidmətə görə-3-cü dərəcəli" orden və medallarla təltif olunmuşdur. Məktəbimizin kollektivi şəhidin məzarını ziyarət etmiş, daha sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzində O.Hüseynova həsr olunmuş "Savaş üçün doğulanlar" filminə baxmışlar.Məktəb olaraq şəhidlərimizi təbliğ etmək və tanıtmaq əsas missiyamızdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.Vətən sağ olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi