Şəhidlər ölməz, Vətən bölünməz!

    C.Rəhimov adına 146 nömrəli tam orta məktəbdə 27 sentyabr 2022-ci il Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın Anım Günü qeyd olundu. Tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri

I Qarabağ müharibəsi iştirakçısı, məktəbin hərbi rəhbəri Ramiz Şahmarov açaraq Qarabağ müharibəsi haqqında şagirdlərə ətraflı məlumat verdi. Tədbirdə

I Qarabağ müharibəsi qaziləri İsmayılov Pənah, Məmmədov Baxış, II Qarabağ müharibəsinin qaziləri Yolçuyev Sənan, Quliyev İsmayıl, Vətən müharibəsi şəhidi Aslanov Atəş Yusif oğlunun həyat yoldaşı Aslanova Bənövşə xanım və yazıçı publisist Hacıyev İlham Qurban oğlu iştirak edirdi. Qazilərimiz keçdikləri döyüş yolu haqqında bütün tədbir iştirakçılarına məlumat verdi. Məktəbimizin şagirdləri Vətən haqqında, şəhidlər haqqında öz titrək səsləri ilə şeirlər söyləyərək hər kəsi kövrəltdilər. Siniflərdə ilk dərs saatları 27 sentyabr Şəhidlərimizin xatirəsinə həsr olundu.

Şəhidlər ölməz, Vətən bölünməz!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi