Narkomaniyaya yox deyək!

    Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir C.Rəhimov adına 146 saylı tam orta məktəbdə təşkil olunmuşdur.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov iştirak etmişlər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan C.Rəhimov adına 146 saylı tam orta məktəbin direktoru Gülzadə Məmmədova qonaqları salamlamış və narkomaniya əleyhinə video-çarx nümayiş olunmuşdur.

Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək narkomaniyanın, zərərli vərdişlərin yeniyetmə və gənclərə vurduğu yaraların fəsadlarının çox ağır, sağalmaz olduğunu, nəticədə bu vəziyyətdən bütün cəmiyyətin əziyyət çəkdiyini, gələcəyimiz üçün təhlükələr yaratdığını qeyd etmişdir.

Həmçinin, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov çıxış edərək bildirmişlər ki, narkomaniyaya qarşı cəmiyyətimiz tərəfindən mübarizə aparılmalı, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olunmalı, yeniyetmə və gənclərin sağlam mühitdə böyümələri, təhsil və tərbiyə almaları üçün davamlı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi