"Təbiəti qoruyanlar " adlı layihə

Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-138 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə, tədbirlər planına əsasən "Təbiəti qoruyanlar " adlı layihəsinin keçirilməsi ilə bağlı 146 nömrəli tam orta məktəbin lll"D" sinif şagirdləri Həyat bilgisi dərsini təbiət qoynunda keçirdilər. Onlar "Yaşıl sinif" layihəsinə əsasən məktəbin həyətində müxtəlif çiçəklər əkir, onlara necə qulluq etməyi öyrəndilər.