Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü

    Ümummilli lider, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə məktəbimizin Fəaliyyət Planına uyğun olaraq musiqi müəllimi Sevinc Məhərrəmovanın rəhbərliyi ilə tədbir keçirildi.Tədbirdə dahi şəxsiyyətin ömür yolu, siyasi fəaliyyəti, Azərbaycanın inkişafı, güclü dövlət kimi dünyada tanınması üçün gördüyü işlər işıqlandırıldı.Şagirdlərin ifasında səhnəciklər, mahnı və şeirlər nümayiş olundu. Sonda məktəbimizin direktoru Gülzadə xanım Məmmədova çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqımızın tarixindəki önəmindən, ideologiyasının davamı üçün məktəblilərin üzərinə düşən vəzifələrdən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi