Ümumdünya Autizm Günü

Psixoloq Balayeva Zəidə tərəfindən şagirdlərə Autizm Günü ilə bağlı məlumat verilib. Bildirilib ki, 2 aprel tarixinin BMT tərəfindən Ümumdünya Autizm Günü kimi qəbul edildikdən sonra dünyada məşhur "Autism speaks" cəmiyyəti bu günlə əlaqədar "Mavi işıqla işıqlandır" layihəsini həyata keçirib. Həmin gün dünyanın müxtəlif ölkələrində binalar autizmi simvolizə edən mavi rəngdə işıqlandırılaraq, 2 aprel tarixinin Ümumdünya Autizm Günü olduğu insanlara çatdırılır. Məqsəd əhali arasında autizmlə əlaqədar maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırımasına kömək etməkdir.