Məşhur " π" günü

Məşhur Pi sabitinin şərəfinə hər il 14 martda pi günü qeyd edilir. Bunun səbəbi amerikan tarix formatında bu günün 3/14 kimi yazılmasıdır. 7 "Ç" sinfi də bu gün pi gününü qeyd etdi. Riyaziyyat müəllimi Xanilə Abdullayeva əvvəlcə pi ədədi və onun tarixi haqqında məlumat verdi. Şagirdlər cütlər şəklində yarışaraq müxtəlif çalışmalar həll etdilər və sonda pi günündən xatirə olaraq şəkillər çəkdirdilər.