Xocalı faciəsinin 30-cu ildönümü

Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən 24.02.2022-ci il tarixdə 146 nömrəli tam orta məktəbdə “Xocalı harayı” adlı tədbir keçirildi. Məqsəd Xocalı soyqrımı haqqında şagirdlərə məlumat vermək, soyqırım qurbanlarını yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq,tarixi hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaq, onlarda vətənpərvərlik ruhunu yüksəltmək, milli iftixar hissini aşılamaqdır. Xocalı soyqrımı ədəbi bədii kompozisiya bunu bir daha sübut etdi. Azərbaycan xalqının hər bir vətəndaşı erməni terrorçularının xalqımıza, dinc,günahsız əhaliyə törədilmiş bu faciəni unutmamalıdır. Allah Xocalı Soyqırımı qurbanlarına rəhmət eləsin.