20 Yanvar

    Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 32 il ötür. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün , Azərbaycan gəncləri üçün örnəkdir. Xalqımız 1990-cı ilin Qanlı yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müthiş gecə Azərbaycan xalqı sınağa çəkildi. 19.01.2022-ci ildə 146 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə 146 nömrəli tam orta məktəbin şagirdləri 20 yanvar faciəsi ilə bağlı kompazisiyalar, səhnəciklər nümayiş etdirdilər. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. 1990-cı il yanvar qırğını faciəli olsa da, vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi