"Gender bərabərliyi və onunla mübarizə yolları"

09.12.2021-ci il tarixdə məktəbin psixoloqu B.Zəidə xanım tərəfindən 8 ci sinif şagirdlərilə " Gender bərabərliyi və onunla mübarizə yolları" mövzusunda seminar təşkil olunmuşdur. Seminarda gender əsaslı zorakılıqla bağlı məlumatlar şagirdlərin diqqətinə çatdırılmışdır. Şagirdlərə gender bərabərliyinin təmin olunması üçün əsas şərtlərdən biri kimi gender əsaslı zorakılığın qarşısının alınması olduğu izah olunmuşdur. Daha sonra mövzu şagirdlərlə birgə davam etdirilmişdir.