"Məişət zorakılığı"

Məktəbin psixoloqu Balayeva Zəidə tərəfindən 7-ci və 8-ci siniflərində " Məişət zorakılığı" adlı seminar təşkil olunmuşdur. Seminarda məqsəd məişət zorakılığının qarşısının alınması, şagirdləri bu istiqamətdə maarifləndirməkdir. Seminarda şagirdlərə zorakılığın növləri, onun psixoloji tərəfləri izah olunmuşdur. Həmçinin zorakılığa məruz qalmış insanlar haqqında fikirlər səsləndirilmişdir.