"Zəfər günü" adlı seminar

Şagirdlərə vətənpərvərlik hissinin aşılanması məqsədilə məktəbin psixoloqu Balayeva Zeide "Zəfər günü" adlı seminar təşkil etmişdir. Seminarda rəşadətli Azərbaycan ordusunun 44 günlük mübarizəsi haqqında bir sıra fikirlər səsləndirilmişdir. Şəhidlərimizin, qazilərimizdən göstərdiyi misilsiz qəhrəmanlıqlar bir daha şagirdlərin nəzərinə çatdırılmışdır.