8 Noyabr "Zəfər günü"

Zəfər günü ərəfəsində məktəbimizin adını daşıdığı Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə xanım və Vətən müharibəsi şəhidi, məktəbimizin məzunu Orxan Hüseynovun anası Xalidə xanım məktəbimizə dəvət olundular. Vətənin bütövlüyü uğrunda candan əziz övladlarını şəhid verən analar ayrı-ayrı siniflərin hazırladığı tədbirləri izləyib şəhidlərimizin xatirə stendlərinə baxdılar. Məktəbimizin direktoru Gülzadə xanım Məmmədova kollektivimiz adından şəhid analarımıza təşəkkür etdi. Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolları xatırlandı. Xalq olaraq bütün şəhidlərimizə borcumuz əbədidir. Allah şəhidlərimizə rəhmət eləsin!