"Zərərli vərdişlərə yox deyək adlı" maarifləndirici tədbirin təşkili

Bəşriyyət üçün ən böyük bəlalardan sayılan narkomaniyanin törətdiyi fəsadlara qarşı mübarizə bu gün xüsusilə aktual xarakter daşıyır. Bu məqsədlə məktəbin psixoloqu Balayeva Zəidə tərəfindən 9-cu sinif şagirdlərilə "Zərərli vərdişlərə yox deyək adlı" maarifləndirici tədbir təşkil olunmuşdur. Tədbirdə məqsəd yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyatı üçün zərərli olan adətlərdən uzaqlaşdırılması bu yolda aparılan mübarizənin səmərəliliyinin artırılmasıdır.