Bilik Günü

    22.09.2021ci il tarixdə bütün Respublikada olduğu kimi məktəbimizdə də 2021/2022-ci tədris ilində ibtidai təhsil səviyyəsi üzrə əyani tədris başlanıldı. Birincilərin ilk dərs günü münasibətilə 146 nömrəli tam orta məktəbdə pandemiya qaydalarına uyğun olaraq tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan direktor Məmmədova Gülzadə xanım birinciləri salamlayaraq ilk dərs günü münasibəti ilə təbrik etdi. Vətən müharibəsi şəhidlərinin ruhu 1dəqiqəlik sükutla yad edildi. Şagirdlərin hərarəti ölçülüb, əlləri dizenfeksiya olunduqdan sonra sinif otaqlarına buraxıldılar. İlk dərs məşğələləri "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi