Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi

    Bakı şəhəri C.Rəhimova adına 146 nömrəli tam orta məktəbin  10c sinif şagirdlərinə onlayın tarix dərsində Hüseyova Arzu müəllimə tərəfindən Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş video çarx təqdim olundu. Qəhrəmanın həyat yoluna nəzər salındı.

    Cəbrayılovun qəhrəmanlıqları nəinki bizim ölkəmizdə, hətta Fransa dövləti tərəfindən də çoxsaylı mükafatlarla, orden-medallarla təltif edildiyi vurğulandı. Milli vətənpərvərlik ruhu aşılayan tədbirdə Ə.Cəbrayılovun oğlu Milli Qəhrəmanımız olan Mikayıl Cəbrayılov haqqında da məlumat verildi. Mikayıl Cəbrayılov 1992-ci ildə I Qarabağ müharibəsində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdur. Sonda vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş bütün insanların xatirələrinin qəlbimizdə daim yaşayacağı bildirildi. Hazırlanmış video çarx bir çox siniflərdə onlayın nümayış etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi