Xocalı faciəsi - 2020

Fevralın 25-də əsrin faciəsi olan Xocalı Soyqrımına həsr olunmuş anım tədbiri keçirildi. Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edildi. O vəhşi və zülmü təcəssüm etdirən videoçarx nümayiş olundu. Şagirdlərin hazırladıqları kompozisiyalar dəhşətli gecəni əks etdirməklə yanaşı qan yaddaşımız olan Xocalını unutmamağa səslədi. Tədbirin sonunda “Xocalıya ədalət”, “Xocalını unutmarıq” və “Xocalı bizim olacaq” şüarları səsləndi.