“ Valideynlərin məktəbdə bir günü”

“ Valideynlərin məktəbdə bir günü” layihəsi ilə bağlı 19.12.2019-cu il tarixdə 146 nömrəli tam orta məktəbdə tədbir təşkil olundu. Görüşün təşkil olunmasında məqsəd, valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığını təmin etməkdir. Valideynlər məktəb kitabxanası, yeməkxanası, sinif otaqları, idman zalı, akt zalı, laboratoriyalar, məktəb bağçası boyunca gəzərək məktəb mühiti ilə tanış oldular. Tədbir tədris aparılan günlərin birinə təsadüf edildiyindən valideynlər tədris prosesini izləyə bildilər.