Nümunəvi dərs

06.12.2019-cu il tarixdə VI”B” sinfində Azərbaycan dili fənnindən “Orxon-Yenisey abidələri” mövzusunda nümunəvi dərs keçirildi. Şagirdlər VI-VIII əsrlərdə mövcud olmuş böyük Göytürk imperatorluğundan yadigar qalan Orxon-Yenisey əlifbasının tədqiqatçıları və bu əlifba ilə yazılan məşhur abidələrlə tanış oldular. Onlar öyrəndilər ki, bu əlifba xüsusi olaraq Türk xalqları üçün icad edilmişdir və türklərin daşlaşmış tarixinin zəmanəmizə gəlib çatmış ilk yazılı nümunələridir. Dərsin sonunda şagirdlərin əksəriyyəti 38 hərfdən ibarət bu əlifbada sadə sözlərin yazılmasına da nail oldular.

Bütün bunlar şagirdlərin gələcəkdə dil tariximizin tədqiqi sahəsində layiqli mütəxəssislər olması üçün bir zəmindir, onların yollarını işıqlandıran ilk qığılcımlardır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi