21 sentyabr "Beynəlxalq Sülh günü"dür

21 sentyabr "Beynəlxalq Sülh günü"dür. Dünya ölkələrinin qərarı ilə BMT 1981-ci ildən bu günün "Beynəlxalq Sülh günü" kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Sülh dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insanların bir - birini anlaması, bir - birinə xoş münasibətidir. Sülh - əmin - amanlıq, qurub - yaratmaq, dinclikdir. Beynəlxalq Sülh günü ilə əlaqədar ölkəmizdə də bir sıra maraqlı tədbirlər keçirilir.

    Hər il olduğu kimi  20 sentyabr 143 nömrəli məktəbdə də, "Sülh aylığı" keçirilir. Aylıq çərçivəsində 143 nömrəli məktəbdə bir sıra tədbirlər həyata keçirilib. Məktəbimizdə "Mən sülhə səs verirəm" adlı rəsm sərgisi təşkil olunmuşdur. Sərgidə maraqlı əl işləri nümayiş etdirilmişdir. 

    Siniflərdə sülhə həsr edilən dərslər keçirilmişdir. "Sülh əmin - amanlıq rəmzidir" mövzusunda slaydlar təşkil edilmiş, şeir müsabiqəsi keçirilmişdir. 

       Azərbaycan dünyaya multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi ilə tanınıb. Bu nümunəsi ilə ölkəmiz dünayaya sülhü təbliğ edir. Çünki cəmiyyətimizdə bütün din sahibləri, müxtəlif mədəniyyətə sahib insanlar rahat şəkildə yaşayır və fəaliyyət göstərirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi