1971-ci ildə Zaqatala rayonunda anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika əlavə riyaziyyat ixtisası üzrə bitirib. 1996-cı ildə Azərbaycan Politexnik İnstitutunun avtonəqliyyatda daşınmaların təşkili və idarə edilməsi mühəndisi ixtisası üzrə bitirib. 1996-2004-cü illərdə Bakı şəhəri 205 nömrəli tam orta məktəbdə müəllim, 2004-2005-ci illərdə Bakı şəhəri 83 nömrəli məktəb-liseydə tərbiyə işləri üzrə direktor müavini, 2005-2007-ci illərdə Bakı şəhəri 135 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2007-ci ildən etibarən Bakı şəhəri 143 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.
1961-ci ildə Şəki şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu kimya-biologiya ixtisası üzrə bitirib. 1986-1994-cü illərdə Respublika Lahiyə Axtarış İnstitutunda aqrokimyaçı, 1994-2008-ci illərdə Bakı şəhəri 135 nömrəli tam orta məktəbdə müəllim vəzifəsində çalışıb. 2008-ci ildən etibarən Bakı şəhəri 143 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.
1960-cı ildə Ağdam rayonunda anadan olub. 1982-ci ildə Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutunu biologiya ixtisası üzrə bitirib. 1987-1988-ci illərdə Özbəkistanın Nəvai oblastə Zarafşan şəhər 3 nömrəli tam orta məktəbdə kitabxana müdiri, 1988-1994-ci illərdə Özbəkistanın Zarafşan şəhəri 3 nömrəli tam orta məktəbdə müəllim, 1996-cı ildə Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə biologiya müəllimi, 1997-ci ildən etibarən həmin məktəbdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
1975-ci ildə Salyan rayonunda anadan olub. 1994-cü il Lənkəran Dövlət Universitetini pedaqogika və psixologiya ixtisası üzrə bitirib. 1998-ci ildən etibarən Bakı şəhəri 143 nömrəli tam orta məktəbin psixoloq vəzifəsinə təyin edilib. Ailəlidir.
1976-cı il Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı Pedaqoji Texnikumunu sosial pedaqogika ixtisası üzrə bitirib. 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə yenidənhazırlanma kursunu bitirib. 1998-ci ildən etibarən Bakı şəhəri 143 nömrəli tam orta məktəbin Uşaq Birliyi Rəhbəri vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.
1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1978-ci il SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dİllər İnstitutunu ingilis dili ixtisası üzrə bitirib. 1989-1990-cı illərdə Bakı şəhəri 267 nömrəli tam orta məktəbdə pioner baş dəstə rəhbəri, 1990-1993-cü illərdə Bakı şəhəri 267 nömrəli tam orta məktəbdə müəllim, 1992-2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət göstərmişdir. 2006-ci ildən etibarən Bakı şəhəri 143 nömrəli tam orta məktəbin Gənclərin Çağırışaqədərki hazırlığı müəllimi və hərbi rəhbər vəzifəsinə təyin edilib. Ailəlidir, 1 övladı var.
Quliyeva Firuzə Ələkbər qızı 1967-ci ildə Sabirabad rayonu Mürsəlli kəndində anadan olmuşdur. 1984 -cü ildə M.F.Axundov adına Azərbaycan Pedoqoji İnstitunun Rus dili və Ədəbiyyatı fakultəsinə daxil olmuş, 1989-cu ildə oranı bitirmişdir. 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitunun İbtidai təhsilin pedoqoqikası və metodikası, 2008 -ci ildə isə Bakı Slavyan Universitetinin Azərbaycan dili və Ədəbiyyatı fakultəsinə daxil olmuşdur.
1962-ci ildə Ermənistanın Masis rayonunda anadan olub. 1983-cü ildə Bakı Mədəni-maarif Texnikumunu kitabxanaçılıq işi ixtisası üzrə bitirib. 1987-1997-ci illərdə B.Sərdarov adına neft-maşınqayırma zavodunda kitabxanaçı vəzifəsində çalışıb. 1997-ci ildən etibarən Bakı şəhəri 143 nömrəli tam orta məktəbin kitabxana müdiri vəzifəsinə təyin edilib. Ailəlidir, 3 övladı var
Balayev Kamil Əli oğlu 1963-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur.
&nbs...
© Azərbaycan Respublikasının Təhsil Nazirliyi