Bu gün "Son zəng" çalındı

    Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilmişdir. Tədbiri məktəbin direktoru Elmar Həşimov açaraq məzunları təbrik edib və hər birinə qarşıdakı imtahanlarda uğurlar arzulamış daha yüksək nailiyyətlərlə məktəbimizi hər zaman uca zirvələrdə tutmaqlarını diləmişdir. Dövlətimizin təhsilə, gənc nəslin sağlam düşüncəli vətəndaş kimi yetişməsində həyata keçirdiyi tədbirlər haqqında danışmışdır. Sonra qanaq olan BŞTİ-nin Maliyyə və Mühasibatlıq Sektorunun məsləhətçisi Qızılgül Muradova, Rayon Bələdiyyə Idarəsinin sədr müavini Nağıyev Ayət, məktəbin direktor müavinləri, müəllimləri  məzunları təbrik edərək gələcək işlərində uğurlar arzu etmişlər. Sonra 2018/2019-ci tədris ilində müxtəlif müsabiqələrdə qalib olan məktəb şagirdlərini diplomlarla təltif edərək təbrik etmişlər və məktəbin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilmişdir. Sonda məktəbin “Son zəng” açarını 1-ci sinfə təqdim edərək məktəbi bitirən 11-ci sinfi şagirdləri üçün “Son zəng” çalınıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi