VALIDEYN MƏKTƏBDƏ BIR GÜN

    29.05.2019 –cu il tarixində 143 nömrəli məktəbdə ənənəvi  olaraq  ”Valideyn məktəbdə bir gün” lahiyəsi üzrə “Açıq qapı günü”  təşkil edilmişdir. Tədbirin əvvəlində məktəbin müdriyyəti valideynləri məlumatlandırmış, onları maraqlandıran sualları cavablandırmışdır.

    Sonra valideynlər məktəbdə şagirdlərin əl işlərinə aid təşkil olunmuş sərgi ilə, şəhidlərə həsr olunmuş guşə ilə , kitabxana və idman zalı ilə tanış olmuş, dərslərdə iştirak etmişlər. Sonda yenidən akt zalında toplantı olmuş, valideynlər məktəb, iştirak etdikləri dərslər haqqında öz təəsuratlarını danışmış, bu layihəni çox bəyəndiklərini demişlər.Məktəbin direktoru  E. Həşimov valideynlərin suallarını cavablandırmış və bəzi məsələlərə aydınlıq gətirmişdir.

    Tədbirin sonunda  valideyinlər məktəbin istedadlı şagirdlərinin ifasında “Nəsimi ” kino-filmindən səhnələrə tamaşa etmiş, şeir və mahnılara qulaq asmışlar..

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi