28 May Respublika günüdür.
27 may 2019 tarixində Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə 28 May- Respublika günü münasibətilə silsilə tədbirlər təşkil edilmişdir. Tədbirlərdə qeyd olunub ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cumuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, xalqımızda azadlıq, müstəqillik idealarını daha da gücləndirib və onun gələcəyə miras qoyub. Tədbir iştirakçıları “28-may Respublika günüdür” adlı rəsm və sərgi nümunələri ilə tanış oldular.
Məktəbdə bayram günü ilə əlaqədar sinif saatları, qəzetlərin müsabiqəsi, açıq dərslər, ədəbii bədii musiqili kompozisiyalar keçirilmişdir. Bütün bu tədbirlərin keçirilməsində məqsəd müstəqilliyimizin 101-ci ildönümünü, Şərqdə ilk demokratik Respublikasının Azərbaycanda yaranmasını, xalqımızın müstəqillik əzmini çatdırmaqdır.
Tədbirlərin bədii hissəsi də olduqca maraqlı qeyd olunmuşdur. Rəqslərlər, ədəbii-musiqili kompozisiya nümunələri nümayiş olunmuşdur. Məktəblilərin ifasında ədəbii-musiqili kompozisiyalar, şerlər, mahnılar dinlənilmişdir. Tədbir üç rəngli bayrağımızın səhnədə dalğalanması ilə yekunlaşmışdır