Insan hüquqlari ayliği
“Insan hüquqlari ayliği” çərçivəsində 20.05.2019 tarixində 143 №-li tam orta məktəbdə “Hüquqlarımızı pozan Erməni qəsibkarları cəzalandırılmalıdır!” mövzusunda ədəbi bədii kompozisiya təşkil edilmişdir. Tədbirə Milli qəhrəman Kərəm Mirzəyevin bacısı Yasəmən Mirzəyeva dəvət edilmişdir. Milli qəhrəmanın həyat və döyüş yolundan bacısı Yasəmən Mirzəyeva geniş söhbət açmış, qəhrəmanlıqlarını şərh etmişdir. Şəhid haqqında video çarxa tamaşa edilmişdir.
143 №-li tam orta məktəbin Kərəm Mirzəyevin adını daşıyan 4b sinfi şəhidə həsr etdikləri ədəbi kompozisiyanı fəxrlə nümayiş etdirdilər. Erməni qəsibkarlarınin Beynəlxalq İnsan Hüquqlarına zidd olaraq Azərbaycan xalqina qarşı törətdikləri cinayətləri bir daha şagirdlər “İnsan hüquqları aylığında” yenidən xatırlatdılar.