Ümummillilider Heydər Əliyevin-96cı il dönümü

    Ümummillilider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyi münasibətilə 143 nömrəli tam orta məktəbdə bir sıra tədbirlər keçirilmişdir. Tədbirlər planına müvafiq olaraq “ Dahi lider Heydər Əliyev” mövzusunda əbədi kompozisiya keçirilib. Məqsəd şagirdlərimizə  gələcək nəsillərə ulu öndərin  həyat yolunu, vətənpərvərlik ideologiyasını təbliğ etməkdir. Məktəbin pedaqoji heyəti Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin həyat və faliyyəti barədə çixişlar edib. Daha sonra şagirdlərin ifasında Ulu Öndərə həsr olunan şeirlər, mahnılar   söylənib Heydər Əliyevin söylədiyi fikirlərdən sitatlar səsləndirilib. Dahi şəxsiyyətin həyatından bəhs edən vodeoslaydlar nümayiş etdirilib.

    Şagirdlər “Heydər Əliyev və müstəqilliyimiz” mövzusunda inşa  yazılar yazmış, ümummilli lider haqqinda düşüncələrini qələmə almışlar. Ulu öndərin doğum günü ilə əlaqədar məktəbmizdə sinif təşkilat saatları, rəsm, divar qəzetinin müsabiqəsi keçirilmişdir. Əsas məqsad bu şəxsiyyətin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyət işıqlandırmaq, bu günkü siyasi kursun əsasının məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bir daha şagirdlərə anlatmaq, vətənpərvərlik hissini aşılamaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi