Şuşanın işğalı günü
Mayın 8-də Binəqədi rayonu 143 nömrəli tam orta məktəbdə Şuşa Şəhərinin işğalının 27-ci il dönümü ilə əlaqədar müxtəlif tədbirlər keçirilmişdir.Himnimiz səsləndikdən sonra Azərbaycanın gözəl diyarı Şuşa Şəhəri haqqında məlumat verilmişdir. Tədbirdə çıxış edənlər öz təbiəti, saf suyu, təmiz havası ilə seçilən Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunduğunu, şəhərin darmadağın edildiyini, tarixi abidələrin məhv edildiyini bildirdilər.
Şagirdlər Şuşadan bəhs edən guşə ilə tədbir iştirakçılarını məlumatlandırdılar. Daha sonra Şuşa şəhərinin işğalından bəhs edən filimə tamaşa etdilər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın xatirəsi yad edilmişdir.məktəbin 6-8-ci siniflərinin şagirdləri Şuşa haqqında şeirlər söylədilər və “Şuşa haqqında nə bilirsən?” mövzusunda inşa yazılar təqdim etdilər.
Tədbirin yekununda xüsusi vurğulandı ki, Şuşanın azad ediləcəyi gün uzaqda deyil. Cənab Prezidentimizin qeyd etdiyi kimi, “ Biz hər gün qələbə gününü yaxınlaşdırırıq, gün gələcək Azərbaycan bayrağı Şuşada dalğalanacq”.