BİOLOGİYA FƏNNİNDƏN “DƏRMAN BİTKİLƏRİ” MÖVZUSUNDA DƏRS KEÇİRİLDİ
02.05.2019-ci il tarixində 143 nömrəli tam orta məktəbin 6a sinifində biologiya fənnindən “Dərman bitkiləri” mövzusunda dərs keçirildi. .Dərsin məqsədi şagirdlərə Azərbaycanda rast gəlinən dərman bitkilərini fərqləndirmək və dərman bitkilərinin əhəmiyyətini öyrətmək idi. İlk öncə Azərbaycanın dərman bitkiləri haqqında geniş məlumatlar şagirlərin nəzərinə çatdırıldı. Sonra Şagirdlərin hazırladıqları dərman bitkilərindən ibarət olan nümunələr haqqında geniş məlumatlar və hansı müalicəvi xüsusiyyətləri olduğundan bəhs edildi. Şagirdlərin dərsdə fəal iştirak etmələri dərsi çox maraqlı etdi.