“Xonçalı Novruz gəlir”

    Bakı şəhəri 143 nömrəli  tam orta məktəbin müəllim və şagird kollektivi xalqımızın milli bayramı olan Novruz bayramına həsr olunmuş tədbirlər təşkil etmişdir. Təbirlərdə, əsasən, Novruzla bağlı adət-ənənələr daha çox qabardılmışdır. Tədbirin məqsədi milli adət-ənənələrimizi şagirdlərə aşılamaq və təbliğ etməkdən ibarət idi.

    Məktəbimiz Binəqədi rayonu üzrə keçirilən “Xonçalı Novruz gəlir” adlı müsabiqəyə qoşulmuşdur. Şagirdlərimiz burada fəal iştirak etmişdir. Məktəblilər arasında Novruz adətləri ilə bağlı inşa yazı müsabiqəsi keçirilmişdir.

    Tədbirlərdə şagirdlərin əl işlərindən ibarət “Milli naxışlar” adlı sərgi və rəsm müsabiqələri izləyicilərdə maraq oyatmışdır. Bundan əlavə “Novruz bayramınız mübarək” adlı qəzetlərin müsahibəsi keçirilmişdir.

    Tədbirlərdə tonqal ətrafında toplaşan şagirdlər müxtəlif ədəbi-bədii kompozisiyalarla çıxış etmişdir. Onlar milli geyimlərdə rəqslər ifa etmiş, Novruz adətləri haqqında məlumat vermiş, şeirlər söyləmişdir.

    Tədbirlər çox maraqlı səhnəciklərlə sona çatmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi