8 Mart Beynəlxalq Qadınlar Günü

    7 mart tarixində "Beynəlxalq Qadınlar Günü" münasibətilə 143 nömrəli tam orta məktəbdə bir sıra tədbirlər təşkil olunmuşdur.

    Bayram münasibətilə məktəblilər arasında "8 mart bayramınız mübarək anacan" adlı rəsm müsabiqəsi keçirilmişdir. Seçilmiş əl işləri nümayiş etdirilmişdir.

    Təşkil edilmiş tədbirlərdən biri də "8 mart bayramınız mübarək" adlı ədəbi - musiqili kompozisiyalar olmuşdur. Bədii gecədə bir - birindən maraqlı şeirlər, mahnılar, rəqslər, səhnəciklər ifa edilmişdir. Analarımızın şərəfinə "Səni vəsf edirəm anacan" adlı konsert dinləyicilərdə xoş ovqat yaratmışdır. Qadınlarımıza həsr edilən bütün bu tədbirlər bayrama rəng qatmışdır.

    Məktəbimizdə bayram münasibətilə qəzetlərin müsahibəsi, müxtəlif idman yarışları, oyunlar da təşkil edilmişdir.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi