5 mart  “Bədən Tərbiyəsi və İdman günü” qeyd edildi

    5 mart ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.

     Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 fevral 2019-cu il tarixində 143 nömrəli tam orta məktəbdə 05 Mart - “Bədən Tərbiyəsi və İdman günü” münasibətilə gələcəyin çempionları devizi altında “Şən startlar” birinciliyi keçirilmişdir. Yarış məktəbin 5a, 5b, 5c və 5ç sinifləri arasında təşkil olunmuşdur. Məktəbin direktoru çıxış edərək yarışı açıq elan etmişdir və müxtəlif növ idman oyunları keçirilmişdir. Sonda I, II və III yerlərin qalib komandaları medal və diplomlarla təltif edilmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi