Xocalı faciəsindən 27 il ötür

    Xocalı faciəsinin 27-ci ildönümü Respublikamızın bütün təhsil müəsissələrində, eləcə də 143 nömrəli tam orta məktəbdə də ehtiramla anılmışdır. Tədbirlər planı çərçivəsində məktəb kollektivi Xocalı soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət etmişlər. Məktəbin foyesində soyqırım haqqında foto stendlər, tər qərənfillər düzülmüşdür. 

    Xocalı soyqırımı haqqında məlumat verən müəllimlərimiz bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalı şəhərini işğal edərək, etnik azərbaycanlılara qarşı soyqırım törətmişlər. Bu faciədə 613 Xocalı sakini qətlə yetirilmiş və misli görülməmiş bir qırğın baş verilmişdir.

    Məktəbin şagirdləri Xocalı haqqında şeirlər söyləyərək bu faciənin qurbanlarından bəhs edən səhnəciklər, ədəbi-bədii kompozisiyalar təqdim etmişdir. Həmçinin faciə ilə bağlı çəkilmiş sənədli film nümayiş olunmuşdur.

    Məktəbdə 26 fevral tarixində ilk dərslər Xocalı söyqırımına həsr edilmişdir. Silsilə tədbirlər çərçivəsində sərgilər, anım gecələri, dəyirmi masa, məlumat saatları, qəzetlərin müsahibəsi keçirilmişdir.

    Məktəb kollektivi "Xocalıya ədalət" adlı aksiyaya qoşulmuş, bu faciənin bütün dünyada soyqırım olaraq tanınmasına çalışmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi