"Valideynin məktəbdə bir günü" layihəsi keçirildi

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində "Valideynin məktəbdə bir günü" adlı layihə həyata keçirilir. Layihənin təşkil olunmasında əsas məqsəd valideynləri övladlarının təhsil aldıqları məktəblərlə yaxından tanış etmək, təhsil ocaqlarının şəraiti, təlim - tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaqdan ibarətdir. Valideynlərlə məktəb arasında ünsiyyətin genişlənməsi müəllim - şagird - valideyn birliyini artırmağa xidmət edir.

    Layihə çərçivəsində 143 nömrəli tam orta məktəb də ibtidai və yuxarı sinif şagirdlərinin valideynləri ilə görüş təşkil edilmişdir. Görüş zamanı onlar məktəblə tanış olmuş, valideynlərə məktəbin fəaliyyəti, uğurları, təhsil islahatları, yeniliklər barədə ətraflı məlumat verilmişdir.

    Müəllim - valideyn əməkdaşlığının şagirdlərin təlim - tərbiyəsindəki rolundan bəhs edən müdiriyyət valideynləri təhsil prosesinə cəlb etmək və məktəblə əlaqəsini artırmaq üçün görülən işlərdən danışmışdır. Layihənin təşkilatçıları "Məktəb - valideyn münasibətləri şagirdlərin nailiyyətinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi" mövzusunda valideynlərlə seminarlar təşkil etmişdir.

    Valideynlər sinif iclaslarında iştirak edib, sinif rəhbərləri ilə söhbət aparmışlar. Eyni zamanda valideynlərin dərs prosesini izlənməsi üçün şərait yaradılmışdır.

    Görüşdə şagirdlərin hazırladıqları ədəbi - bədii kompozisiyalar da nümayiş olunmuşdur. Valideynlər tədbirin sonunda məktəb müdriyyətinə öz təşəkkürlərini bildirmiş və Azərbaycan Təhsil sistemindəki inkişafı dəstəkləyib, yüksək qiymətləndirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi