“20 yanvar” faciəsindən 29 il ötür

    Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə “20 yanvar” faciəsinin 28-ci ildönümünə həsr edilmiş müxtəlif tədbirlər təşkil edilmişdir.

    Məktəbdə ədəbi bədii kompozisiyalar, qəzetlərin dərci, guşələrin, sinif saatlarının, inşa yazı müsabiqəsinin 20 yanvar faciəsinə həsr edilməsinin təşkili vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsinə həsr edilmişdir. 

    1990-cı ilin yanvarında baş verən bu ağır faciə bütün dəhşətlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədi, əksinə, xalq daha da prinsipal mübarizəyə qoşuldu və bu mübarizədən qalib çıxdı.
    Bu qanlı hadisələrdən illər keçsə də, Azərbaycan xalqı o gecəni daim xatırlayır. 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi