31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü qeyd olundu

    31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü bayramı Azərbaycanda və dünyada bir çox ölkəsində azərbaycanlılar tərəfindən hər il təntənəli tədbirlərlə qeyd edilir. Bu bayramı Binəqədi rayonu 143 nömrəli tam orta məktəbin kollektivi də yüksək səviyyədə qeyd etmişdir.

    Silsilə tədbirlərdən biri də məktəbdə bayram münasibətilə təşkil edilmiş dəyirmi masa oldu. Kollektivin iştirak etdiyi tədbirdə bu günün tarixindən danışıldı. "Həmrəylik günü"nün əsası 1989-cu ildə Şimali və Cənubi Azərbaycan sərhədinin dağılması ilə qoyulub. Bu bayram o taylı - bu taylı azərbaycanlıların birləşmək istəyinin simvolik nişanıdır. 1991-ci ildə ulu öndər  Heydər Əliyev bu birliyin əhəmiyyətini nəzərə alaraq 31 dekabr tarixini "Dünya Azərbaycanlılarının Həmrəylik günü" elan etdi.

    Daha sonra məktəbin akt zalında təşkil edilmiş ədəbi - bədii gecə tədbirə rəng qatdı. Şagirdlər bayram əhval - ruhiyyəsi yaradaraq müxtəlif şeirlərlə, mahnılarla, rəqs nümunələri ilə çıxış etdilər. Məktəbin hazırladığı ədəbi - bədii kompozisiyalar, bu günün tarixi əhəmiyyətini özündə daşıyan rəsm nümunələri, foto - şəkillər hər kəsin marağına səbəb oldu.

    Sonra "31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü" adlı video çarx nümayiş etdirilərərk, kitab sərgisinə baxış keçirildi. Tədbir bayram şənliyi ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi