"Ədəbiyyat biliciləri"

    İnsanın formalaşmasında, təhsilində, əxlaqında ədəbiyyatın rolu danılmazdır.

    Ümumtəhsil məktəblərində şagirdlərin mütailə vərdişlərinin formalaşması ilə bağlı müxtəlif layihələr, tədbirlər həyata keçirilir. Binəqədi rayonu 143 nömrəli məktəbdə də "Ədəbiyyat biliciləri" adlı tədbir keçirildi. Bu tədbirin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında ətraflı məlumat toplamaq, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən daim mütailə olunmasıdır.Ədəbiyyat sahəsində istedadlı olan, fəallığı ilə seçilən şagirdlər tədbirdə xüsusi olaraq qiymətləndirildi. İlk nöcbədə Azərbaycan və dünya ədəbiyyatının dəyərli nümunələri seçilərək şagirdlərin mütaliəsinə verildi. Bu ədəbi nümunələrin hər biri insan üçün əsl həyat məktəbidir. "Ədəbiyyat biliciləri" adlı tədbirdə qiraət müsabiqəsi təşkil edilmişdir. Bundan başqa kitabxanada seçilmiş kitabların oxunması və müzakirəsi baş tutmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi