İstedadlı şagirdlərlə fəxr edirik
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 dekabr 2018-ci il tarixində tədris ili ərzində rayon ərazisində keçirilən mədəni-kütləvi tədbirlərdə fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılması mərasimi keçirilmişdir.
Tədbirdə 6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimləri, gənclər üzrə nümayəndələr, orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlər və onların valideynləri iştirak edirdilər.
Tədbirdə çıxış edən rəis müavini Sevinc Süleymanova 2018-ci il ərzində İdarə tərəfindən gənclər siyasəti sahəsində keçirilən tədbirlərdən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası məqsədilə ölkəmizdə yeniyetmə və gənclərə göstərilən xüsusi diqqət və qayğıdan söhbət açaraq orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin fəal iştirakına görə məktəb rəhbərliklərinə, müəllimlərə, şagirdlərə və onların valideynlərinə İdarə adından minnətdarlığını bildirdi və onlara təhsildə, gələcək tədbirlərdə uğurlar arzuladı.
Tədbirin sonunda məktəblilər fəal iştiraklarına görə Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və fəxri fərmanlarla təltif edildilər.
Mükafat alan şagirdlər arasında 143 nömrəli tam orta məktəbin 8b sinif şagirdi Ələkbər Novruzov və 10b sinif şagirdi Yasəmən Qasımova iştirak edirdilər.