Ümummilli lider Heydər Əliyevin xatirəsi silsilə tədbirlərlə anılıb
Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsi Binəqədi rayonu 143 nömrəli tam orta məktəbdə keçirilən silsilə tədbirlərdə ehtiramla anılıb. Bu silsilə tədbirlərdə ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi diqqət və qayğıdan, əvəzsiz xidmətlərindən danışılıb.
Məktəbdə anım günü ilə əlaqədar dəyirmi masa təşkil edilmişdir. Ümummilli liderin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs etmişdir.
Şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən məqalələr, divar qəzetləri, rəsm nümunələri maraqla izlənilmişdir.
Məktəbin yuxarı sinif şagirdləri "Heydər Əliyev Azərbaycanın qurucusudur" mövzusunda keçirilən inşa yazı müsabiqəsində iştirak etmişdir.
"Dahi şəxsiyyət" adlı tədbirdə məktəbin şagirdləri ədəb-bədii kompozisiya ilə çıxış edərək ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmişdirlər. Tədbir ulu öndərin həyatını əks etdirən slaydlarla və sənədli filmlə yekunlaşmışdır.
Sonda məktəb şagirdləri və müəllim heyyətini bir neçə üzvü fəxri xiyabana ziyarət etmişlər.