“Ölkəmizi Tanıyaq” tur-aksiyasının yola salınma mərasimi keçirilmişdir

    17 noyabr tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Gəncə-Göygöl- Şəmkir istiqamətində yola salınmaları münasibətilə tədbir keçirildi.

    Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, başçının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, aparatın şöbə müdirləri, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, məktəb direktorları, İctimai birliklərin rəhbərləri, veteranlar, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər.

    Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsi önünə gül qoyuldu. Daha sonra tədbir bədii hissə ilə davam etdirildi, vətənpərvərlik mövzusunda şeirlər şəsləndirildi, mahnılar ifa olundu. İştirakçılar təntənəli musiqi sədaları altında rəqs etdilər. Tur-aksiyanın iştirakçıları üzərində “Ölkəmizi tanıyaq” sözləri yazılmış tortu kəsdilər. Layihə iştirakçıları maraqlı flaşmoblar vasitəsilə “Ölkəmizi tanıyaq” layihəsinin bu günə qədər həyata keçirilmiş 7 istiqamətinin hər bir bölgəsini nümayiş etdirməsi, eyni zamanda Azərbaycan Respublikasının Dövlət bayrağı və “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il yazısı dalğalandırıldı. Məktəblilər milli musiqi sədaları altında avtobusla Gəncə istiqamətində yola düşdülər.

    Belə ki, tur-aksiya iştirakçılarının arasında 143 nömrəli tam orta məktəbin 10a sinif şagirdi Həbibli Hakim Azər oğlu iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi