"Konstitusiya günü" və "Milli Dirçəliş günü" qeyd edildi

    Müstəqillik tariximizin əlamətdar günlərindən olan 12 noyabr Konstitusiya günü və 17 noyabr Milli Dirçəliş günü 143 nömrəli tam orta məktəbdə silsilə tədbirlər şəklində qeyd edilib.

    Belə ki, şagirdlərimizdə vətənə, bayrağa, konstitusiyamıza hörmət hissini yüksəltmək məqsədilə bu tarixi günlərə həsr olunan konfrans və mühazirə təşkil edilib. Məktəbdə foto şəkillər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub. Şagirdlərimiz arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri keçirilib.

    Tədbirdə bu günlərin tarixi əhəmiyyətindən söhbət açılıb. Azərbaycan xalqının bir yumruq tək birləşib öz azadlığı uğrunda mübarizə aparması onun dirçəlişi idi. Ümummilli Heydər Əliyevin 1995-ci il 12 noyabr tarixində müstəqil dövlətimizin Konstitusiyasını təsdiq etməsi isə müstəqil Azərbaycan Respublikasının varlığı demək idi. Şagirdlər Vətən mövzusunda bədii qiraətlər söyləyib, ədəbi bədii kompozisiyalar nümayiş etdiriblər. 

    Sonda məktəbimizin şagirdləri tarix və xalçaçılıq muzeylərinə ekskursiya ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi