143 nömrəli məktəbdə “Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirildi
Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə 9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar bir sıra silsilə tədbirlər keçirildi.
İlk dəfə 1918 - ci ildə Xalq Cümhuriyyəti dövründə dalğalanan üçrəngli bayrağımız, illər sonra ikinci dəfə 1990 - cı ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə dalğalanaraq, dövlətimizin əsas rəmzlərindən birinə çevrilmişdir. Cənab İlham Əliyevin 17 noyabr 2009 - cu il tarixli fərmanı ilə 9 noyabr tarixi Dövlət Bayrağı günü elan edilib.
Üçrəngli bayrağımız bizim milli qürurumuzdur. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının sübutu, müstəqil dövlətin göstəricisidir. Tədbirimizdə bu mövzu ətrafında müzakirələr aparılmışdır. Belə tədbirləri keçirməkdə məqsəd uşaqlarda vətənə, bayrağa sevgi hislərini aşılamaqdır.
Sonra tədbirin bədii hissəsində şagirdlərin ifasında bayrağımıza həsr olunmuş şeirlər maraqla dinlənilib. Məktəbimizin rəqs dərnəyinin üzvlərinin ifasında Azərbaycan rəqsləri izlənilmişdir.
Məktəb kollektivi şagirdlərimizin əl işlərindən ibarət sərgi ilə yaxından tanış olmuşdur.
"Bayraqları bayraq edən üstündəki qandır" misralar şagirdlərin şüarına çevrilmişdi. Byaraqla, ölkəmizin tarixi ilə bağlı müxtəlif videoçarxlar nümayiş etdirldi. Üçrəngli bayrağa bürünən şagirdlərimiz tədbiri daha maraqlı etdi. Tədbir şagirdlərimizin ifasında səslənən "Yaşa Azərbaycan" mahnısı ilə yekunlaşıb.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurduma, öz hakimliyim.