Dövlət Müstəqilliyinin 27-ci il dönümü 143 nömrəli məktəbdə bir sıra tədbirlərlə qeyd olundu
Məktəbimizdə Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə əlaqədar bir sıra tədbirlər təşkil olunmuşdur.
Tədbirlər planı çərçivəsində məktəb kollektivi maraqlı çıxışları, rəngarəng ədəbi-bədii kompozisiyalarla hər kəsi təbrik etmişdir. Bu günə həsr olunmuş vətənpərvərlik mövzusunda şeir və mahnı müsabiqələri dinləyicilərdə xoş ovqat yaratdı.
Ulu öndər Heydər Əliyevin müstəqilliyimizlə bağlı söylədiyi fikirlərdən ibarət video slaydlar nümayiş etdirildi. Şagirdlərimiz onun “Müstəqilliyimiz əbədidir və sarsılmazdır” fikrinə həsr olunmuş rəsm və sərgi nümunələri, sinif guşələri təşkil etmişdir.
Şanlı tariximizin şərəfli səhifələrindən biri olan bu günlə bağlı müəllimlərimiz ayrılmış dərs saatları ilə şagirdlərimizi ətraflı məlumatlandırmışdır. Əlaçı şagirdlərin inşa müsabiqəsi keçirilmişdir.
Tədbir rəsmi hissəsini giriş sözü ilə açan məktəbin direktoru Elmar Həşimov tədbir iştirakçılarını bu gün münasibətilə təbrik edərək bildirib ki, məhz 27 il öncə xalqımız uzun illərdən sonra öz azadlığına qovuşmuşdur. Azərbaycanın müstəqilliyi, əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danlmaz faktıdır.
Silsilə tədbirlər şagirdlərin maraqlı çıxışları, Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə yekunlaşb.