1 oktyabr "Ahıllar günü" qeyd olundu
143 nömrəli tam orta məktəbdə "Ahıllar günü" münasibətilə tədbirlər təşkil edilmişdir. Ahıl insanlarla görüş, qəzetlərin müsabiqəsi, sinif saatlarının təşkili şagirdlərimizdə böyüklərə sevgi, hörmət hissini aşlamışdır.
Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır. Prezident İlham Əliyev ahıl insanlara xüsusi diqqət və qayğı göstərir. O, ahılların ən böyük qayğıkeşidir. Hər il belə yaşlı insanlarla görüşlər keçirilir, müxtəlif tədbirlər təşkil olunur, bayram şənlikləri, konsertlər verilir. Bütün bunlar ölkəmizin ahıllara diqqət və qayğı ilə yanaşılmasının nəticəsidir.